Miri Yusifin "Göyə Sarı" mahnısı artıq onlayndır.
Miri Yusifə YouTube-da abunə ol:
Musiqi: Miri Yusif
Söz: Miri Yusif
Fariz Zeynalov
Aranjiman: Tərlan Məmmədli
Motion designer: Samedov Nijat
Miri Yusifi sosial şəbəkələrdə izlə:
Facebook:
Instagram:
Twitter:
Telegram:
Genius:
Miri Yusifi rəqəmsal platformalarda dinlə:
Keçid:
Sözlər:
[Bənd 1]
Bizi vurdular, biz əyilmədik
Bizi yandırdılar, külə dönmədik
Günəşimiz dondu, yenə sönmədik
Dilimizi kəsdilər, səsimiz uca
Bizi kor edib qara buludlar
Buludlar ağlayar, yağar bombalar
Durnalar, göylərə dualarımı apar
Qəlbimiz cavan, eşqimiz qoca
[Keçid]
Ancaq Tanrını axtaranlar tapar
Ancaq Tanrını axtaranlar tapar
[Nəqərat]
Göyə sarı, göyə sarı
Dağılsın dünyada qəm, kədərin hasarı
Göyə sarı, o, göyə sarı
Dağılsın dünyada qəm, kədərin hasarı
[Bənd 2]
Dünya göz yumub birtərəf olub
Məhv olan insanlıq bir hədəf olub
Gülləyə tuş gələn güllə dəfn olub
İtkin düşənlər illərlə tapmaca
Atəşkəs olsa, körpələr yatar
Savaş ömürləri ucuza satar
Güclülər zərbəni gücsüzə atar
Səhv baxmaz düzə, tox baxmaz aca
[Keçid]
Ancaq Tanrını axtaranlar tapar
Ancaq Tanrını axtaranlar tapar
[Nəqərat]
Göyə sarı, göyə sarı
Dağılsın dünyada qəm, kədərin hasarı
Göyə sarı,o, göyə sarı
Dağılsın dünyada qəm, kədərin hasarı
Göyə sarı, göyə sarı
Dağılsın dünyada qəm, kədərin hasarı
Göyə sarı, o göyə sarı
Dağılsın dünyada qəm, kədərin hasarı
[Çıxış]
Bizi vurdular, biz əyilmədik
Miri Yusif tərəfindən ifa olunan "Göyə Sarı" parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları “MY Music” tərəfindən qorunur. © 2022
Yayım hüquqları "mikpro" MMC-yə məxsusdur.
Etiketlər:
#MiriYusif #Украина #Qarabağ #GöyəSarı